[:az]Nigar Həzi: Atamın qolunu rezin qandalla bağlayıb, təpik və yumruqla döyüblər[:]

tərəfindən Gozetci

[:az]Ombudsmanın nümayəndələri Tofiq Yaqublu ilə görüşüblər

İctimai fəal Nigar Həzi hazırda inzibati həbsdə olan atası Tofiq Yaqublu ilə görüşdüyünü bildirib.

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu oktyabrın 19-da metronun “28 may” stansiyasının önündə təyin edilən mitinq zamanı həbs olunub. O, 30 sutka inzibati həbs cəzasıalıb.

Vəkili ilə görüşdə Tofiq Yaqublu ona işgəncə verildiyini desə də, Daxili İşlər Nazirliyi bəyanat yayaraq, bunu təkzib edib.

“Facebook” sosial şəbəkəsindəki profilində Nigar Həzi atası ilə göşürünün 5 dəqiqə çəkdiyini deyib.

“Bütün dostlara salamı var. Onu müdafiə edən hər kəsə minnətdarlığını bildirdi. Möhkəmdir, əzmlidir və mübarizəyə davam söylədi”, – Nigar Həzi yazıb.

Nigar Həzi bildirib ki, görüş şüşə arxası olub və qeyd edib ki, üzündə işgəncənin əlamətləri hələ də qalıb.

“Qabırğasının bərk ağrıdığını bildirdi. Sağ qolu da həmçinin çox ağrıyır. Qolunu qaldıra bilmirdi, üzündə qançır izləri varıydı. Üzündəki şişkinliklər hələ də keçməmişdi”, – Nigar Həzi yazıb.

O, Tofiq Yaqubluya istinadən xəbər verib ki, qolunu arxadan rezin qandalla bağlayıb, yuxarı dartaraq 1 saat təpik və yumruqla döyüblər.

“Döyə-döyə məndən tələb edirdilər ki, “de ki, səhv etmişəm. İmtina edirəm mübarizədən. Mən onların istədiklərini demədikcə daha bərk döyürdülər”, – Tofiq Yaqublu qızına danışıb.

Oktyabrın 22-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Tofiq Yaqublu ilə görüşüblər.

Məlumatda deyilir ki, Tofiq Yaqublu konfidensial qaydada dinlənilib, müraciətləri qəbul olunub.

Görüşdə danışılanlar barədə məlumat verilməsə də, başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunduğu bildirilib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az