[:az]Nida Vətəndaş Hərəkatının üzvü, keçmiş siyasi məhbus Qiyas İbrahimovun anası Şura Əmiraslanova sərbəst buraxılıb. Bu barədə Qiyas İbrahimov özünün “Facebook” hesabında məlumat paylaşıb. Onun sözlərinə görə Ş.Əmiraslanovanı 9 saat polis nəzarətində saxladıqdan sonra sərbəst buraxıblar.
Qeyd edək ki, bu gün səhər saatlarında Qiyas İbrahimovun anası Şura Əmiraslanova Polis İdarəsinə aparılıb. Bir neçə dəqiqə sonra Qiyas İbrahimov atası Həsən İbrahimovun da saxlanılması haqqında məlumat paylaşıb. Onun sözlərinə görə Həsən İbrahimov 25-ci polis bölməsinə anası Şura Əmiraslanovanın yanına gedərkən ona Şura Əmiraslanovanın burada olmadığı barədə məlumat veriblər, özünü isə polis bölməsində saxlayıblar.
[:]