[:az]ADR fəalı Hüseyn Məlik polisdən buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Dünən axşam saxlanılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının fəalı Hüseyn Məlik iki saat sonra polisdən buraxılıb. Bu barədə o özü bildirib.

Məlikin sözlərinə görə, o, saxlanıldıqdan sonra Səbail rayon polis idarəsinə aparılıb.

“İki saata yaxın mənimlə “profilaktik söhbət” aparıblar. Mənim də anladığım bu idi ki, bu adamlar mitinqlə bağlı narahatdırlar. Mənə izah etmək istəyirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə verdiyi ərazidən kənarda mitinq keçirmək qanunsuzdur və bunun qarşısı alnacaq. Hətta bununla bağlı paytaxtın polis rəhbərliyinin mitinq təşkilatçlarına xəbərdarlıq etdiyini də diqqətə çatdırdılar”, deyə Məlik bildirib.

O qeyd edib ki, yazılı xəbərdarlığı imzaladıqdan sonra sərbəst buraxılıb.

Müxalif Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-na Bakıda mitinq təyin edib. Hakimiyyət müxalifətə aksiyanı şəhərdən 20 km məsafədə, Lökbatan qəsəbəsində keçirməyi təklif edib. Buna cavab olaraq DQMŞ bildirib ki, aksiya Bakının mərkəzində metronun “28 May” stansiyası qarşısındakı meydanda keçiriləcək.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az