[:az]Şəkidə 20-dən çox müxalifət nümayəndələri polis bölməsinə çağırılıblar[:]

tərəfindən Gozetci

[:az]Şəki şəhərində 20-dən çox müxalifət nümayəndələri polis bölməsinə çağırılıblar. Gözətçinin məlumatına görə AXCP, Müsavat və partiya mənsubiyyəti olmayan bir neçə fəal gəncə xəbərdarlıq edilib. Polis bölməsində onlar oktyabrın 19-da keçiriləcək mitinqə qatılacaqları təqdirdə həbs olunacaqları hədələniblər.

Qeyd edək ki, Milli Şuranın mitinqinin təşkilatçıları Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev və Vahid Məhərrəmliyə də Bakı şəhər Baş Polis İdarəsinə çağırılaraq xəbərdarlıq edilib.Onlara bildirilib ki,razılaşdırılmamış yerdə keçiriləcək aksiyanın qarşısı alınacaq və təşkilatçılar məsuliyyətə cəlb ediləcək.

Xatırladaq ki, Bakı meriyası Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-da şəhərin mərkəzində mitinq keçirməsinə icazə verməyərək onun Lökbatan qəsəbəsində keçirilməsini təklif edib. Milli Şura isə bu təklifi qəbul etməyib və oktyabrın 19-da mitinqin şəhərin mərkəzində, 28 may metro stansiyasının qarşısında keçiriləcəyini bildirib[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az