[:az]İsmayıllı sakini Əmrah Cəfərova ailəsi ilə birlikdə 2018-ci ilin yanvarından 172 manat sosial müavinət təyin olunub. Ancaq ailə üzvlərinin sayına (4 nəfər) görə bu rəqəm 345 manat təşkil etməli idi:
“2018-ci ilin avqust ayında ƏƏSM naziri Sahil Babayevin qəbulunda olarkən müavinətin düz hesablanmadığını bildirdim. Nazir isə əvvəlcədən hazır saxladığı Azərcell sənədini mənə göstərib dedi ki, sən telefonuna 180 manatlıq vəsait yükləmisən”
Qeyd edək ki, telefon balansına 180 manat vəsait yükləyə bilən şəxsin maddi durumu ünvanlı sosial yardım almaq üçün tələb olunan göstəricilərə cavab vermir.
Əmrah Cəfərov isə nazirlikdə ona verilən cavabdan təəəcübləndiyini, “Azərcell” operator xidmətinin İsmayıllı şöbəsində “180 manatlıq vəsaiti” araşdırdığı bildirir. Məlum olub ki, ona 180 manat yox, operator xidməti tərəfindən 180 dəqiqə bonus verilib.
“Bununla bağlı Azərcell-dən arayış alaraq Yasamal məhkəməsində ƏƏSM nazirliyinə qarşı sosial müavinətin yenidən hesablanmasını, ötən müddətdə verilməmiş hissəsinin ödənilməsi tələbi ilə iddia qaldırdım. Məhkəmə 28 mart 2019 -cu il tarixdə çıxardığı qətnamə ilə iddiamı təmin etdi və qərar 28 aprel 2019 -cu il tarixdən qüvvədədir”
Əmrah Cəfərov məhkəmənin çıxardığı qərara qərara baxmayaraq qərarın icra olunmadığını bildirir. İsmayıllı sakininin sözlərinə görə o, ƏƏSM nazirinin müavini Anar Kərimovun qəbulunda olarkən müavin məsələnin həll ediləcəyi ilə bağlı ona söz verib:
“Lakin, qəbul zamanı nazir müavinin yanında olan Malik Şərbətov adlı şəxs zənglərimə cavab verib ki, sənin sənədlərini “itirmişik”” Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirliydən Gözətçiyə açıqlamalarında vətəndaşın şikayəti ilə bağlı məlumatlı olmadıqlarını bildirdilər. Dövlət Sosial Müdafiə Fondu isə zənglərimizə cavab vermədi.[:]