[:az]Ali Məhkəmə Yalçın İmanova ‘yox’ dedi[:]

tərəfindən Gozetci

[:az]Oktyabrın 1-də Ali Məhkəmə Vəkillər Kollegiyasının keçmiş üzvü Yalçın İmanovun kassasiya şikayətinə baxıb.

Hakim Rahib Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə Y.İmanovun Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı qərardan verdiyi şikayəti təmin olunmayıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Y.İmanovun deməsinə görə, bununla Ali Məhkəmə onun vəkillik fəaliyyətinə rəsmən son qoyub. «Ali Məhkəmə sanki notarial kontorun rolunu oynayaraq, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu, ölkə daxilində son məhkəmə çəkişməm oldu. Bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsində hüquqlarımı bərpa etməyə çalışacam», – İmanov bildirib.

Onun bu açıqlamasına, hələlik, Ali Məhkəmədən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az