[:az]Gəncə işi: ‘Məni ratsiyanın arxasıyla, dəyənəklə, stul ayaqlarıyla dِöyürdülər'[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə həbs olunanlardan 8-nəfərlik daha bir qrupun məhkəməsi yekunlaşır. Sentyabrın 26-da onlara hökm oxunacağı gِözlənilir. Bu qrupdakı təqsirləndirilən şəxslərdən qalan iki nəfər – Şahin Verdiyev və Elmir Hüseynzadə sentyabrın 23-də son sِözünü deyib.

«Elektroşokla bədənimə cərəyan veriblər»
Həbs olunandan sonra məruz qaldığı işgəncələr nəticəsində səhhətində problemlər yarandığını deyən Ş.Verdiyev günahsız olduğunu bildirib. Deyib ki, ِötən il iyulun 10-da Gəncədə keçirilən aksiya vaxtı orada olsa da, qanunazidd hərəkətə yol verməyib. Xüsusi təyinatlılar meydana gələnə qədər də isə çıxıb gedib. Şahin yada salıb ki, Gəncə aksiyasından 9 gün sonra – vəfat etmiş atasının üç mərasiminin ertəsi günü həbs edilib. O, həbs olunandan sonra başına gələnlər barədə bunları danışıb: «İki gün Nizami rayon Polis İdarəsində müxtəlif formada işgəncələrə məruz qalmışam. Elektroşok vasitəsilə bədənimə cərəyan veriblər, suda boğublar, ratsiyanın arxasıyla, dəyənəklə, stulun ayaqlarıyla saatlarla döyüblər. Bütün bunlar yalan ifadəyə imza atmağım üçün idi. İmza atmayanda müstəntiq Orxan Babayev bir neçə dəfə başımı stola vurdu. Məcbur qalıb imza atdım. Həbs qərarı verilən məhkəmədə də bu haqda danışdım, hakim fikir vermədi. Aylarla ailə üzvlərimlə görüş və telefon danışığına imkan verilmədi. Dövlət hesabına mənə təyin olunan vəkillər əksinə, istintaqa kömək eləyib».

«Qançırlar bədənimdə iki aydan çox qaldı»
Məhkəmədə günahını sübut edəcək heç bir fakt ortaya qoyulmadığını vurğulayan Ş.Verdiyev deyir ki, istər kütləvi iğtişaşların təşkili, istərsə də hakimiyyət nümayəndəsinə zor tətbiqi barədə ittiham fərziyyədir. O, yada salıb ki, məhkəmədə aksiyanın videogِörüntülərinə baxıldı, amma həmin kadrlarda onun heç bir qanunsuz hərəkəti yox idi.

«Əvvəldən də xəbərdarlıq edilməmişdi ki, həmin gün meydana getmək olmaz. Edilsəydi, mən də daxil, çox insan ora getməzdi. Bizim əqidəmizdə vətənə, millətə qarşı pis addım atmaq yoxdur. Heydər Əliyevin «Ədaləti ədalətsizliklə bərpa etmək olmaz» sözlərini yada salmaq istəyirəm. Xahiş edirəm, məhkəmədə verdiyim ifadəyə istinad edin. Əgər görüşlərimə qadağa qoyulmasaydı, vaxtında ailəmlə danışardım, normal vəkil tutulardı, bədənimdə iki aydan da çox qalan qançırlarla işgəncəyə məruz qaldığımı sübut edə bilərdim», – Ş.Verdiyev belə deyib.

«Mitinq marağı mənə baha başa gəldi»
23-yaşlı E.Hüseynzadə də son sِözündə bəraət istəyib. Deyib ki, ona qarşı irəli sürülən ittihamlar şər-bِöhtandır. Elmir 10 iyulda aksiyaya getməsinin səbəbindən də danışıb:

«Məni meydana aparan yalnız bir maraq olub – «mitinq» deyilən şeyə maraq. Mən mitinqə müşahidə etmək üçün getmişdim, lakin mənə baha başa gəldi. Gِözlənilmədən meydanda baş verən hansısa təxribatın qurbanına çevirdilər məni. Bugünədək anlaya bilmirəm ki, nəyə görə mühakimə olunuram, mənim təqsirim nədir axı…».

İstintaq vaxtı işgəncəyə, alçaldıcı rəftara məruz qaldığını deyən E.Hüseynzadənin sözlərinə görə, məqsəd ona törətmədiyi cinayət barədə ifadəyə imza atdırmaq olub: «İmzalamaq istəməyəndə isə müstəntiq təkrar işgəncə verib imzalatdırdı. Bu haqda heç kəs xəbər tutmasın deyə, istintaq zamanı valideynlərimlə telefon danışıqlarıma və görüşlərimə qadağa qoyulmuşdu. İstintaq qrupuna maraqlı deyildi ki, mənim günahım var, ya yoxdur. Saxta ekspert rəyləri və yalançı şahid ifadələri əsasında, saxta sübutlarla mənə qarşı ittihamlar irəli sürüldü».

«Həyatımda görmədiyim əzabları və çirkabları təcrid olunduğum yerlərdə görürəm»
Elmir deyir ki, məhkəmə başlayanda buranın haqq-ədalət yeri olduğunu düşünürdü. Amma məhkəmənin ilk iclasından da yanıldığını görüb: «Şahidi oldum ki, məhkəməyə də maraqlı deyil əsl haqq-ədaləti üzə çıxarsın. Hakimlər işgəncələr mövzusunu da ِört-basdır etməyə çalışırdı. Vəkilim Şəhla xanım Hümbətovanın mənim müdafiəmi keyfiyyətli aparması sanki hakimi qıcıqlandırırdı. Dəfələrlə əsassız olaraq ona xəbərdarlıq edir, işdən kənarlaşdırılacağı ilə hədələyir, hakimə yaraşmayan sözlər işlədirdi».

E.Hüseynzadənin sözlərinə görə, Gəncə hadisəsinə nəzər salanda onun kimlərsə tərəfindən təşkil edilmiş qurama iş olduğu görünür.«Bir ildən çoxdur ki, normal həyatımdan, ailəmdən, dostlarımdan, iş-gücümdən uzaqlaşdırılmışam. Həyatımda gِörmədiyim əzabları və çirkabları təcrid olunduğum yerlərdə gِörürəm – istər polis idarələri olsun, istərsə istintaq təcridxanaları. Bu yerlər məni fiziki olaraq məhv edir, mənəvi əzab verir, mən hər günümdə psixoloji sarsıntı keçirirəm. Mən sizin daxili inamınıza çağırış edirəm, vicdanınıza söykənərək qərar qəbul etməyinizi xahiş edirəm. Mən haqq etdiyim azadlığı istəyirəm, mənə azadlıq verin», – E.Hüseynzadə son sِözünü belə tamamlayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az