[:az]İkram Rəhimov aclıq aksiyasına başladığını deyib[:]

tərəfindən Gozetci

[:az]Baş redaktor məhkəmənin qərarı ilə razılaşmır

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə “realliq.info” saytının baş redaktoru İkram Rəhimovun şikayətinə baxılıb.

Məlumatı Meydan TV-yə baş redaktorun yaxınları verib.

Bildirilib ki, vəkil prosesdə bütün şahidlərin dindirilməsi vəsatətini qaldırsa da, hakim yalnız Raqub Mirzəyevin məhkəməyə gətirilməsini təmin edib:

“Raqub Mirzəyev isə ifadə verməyib və İkram Rəhimovu tanımadığını söyləyib. Bundan sonra məhkəmə istintaqı yekunlaşdırdığını deyib və çıxışçılara söz verib”.

Vəkil Elçin Sadıqov İkram Rəhimova bəraət istəsə də, hakim qərarında maddələrin dəyişdirilmədən saxlanıldığını, amma cəzanın 3 il azaldıldığını elan edib.

Yaxınlarının sözlərinə görə, İkram Rəhimov Apelyasiya Məhkəməsinin qərarı ilə razılaşmayıb və tam bəraət istəyərək aclıq aksiyasına başladığını bildirib.

İ.Rəhimov ötən ilin oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrilə ittiham olunub. Baş redaktor ittihamları rədd edir.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az