[:az]Vəkil Adil İsmayılovun vəkillik lisenziyası ləğv edilib[:]

tərəfindən Gozetci

[:az]

Azərbaycan Vəkillər Kollegiyası Kollegiyada baş verən korrupsiya hallarını ictimai şəkildə ifşa edən və Baş Prokurorluğun qanunsuz əməlləri barədə bir sıra məqalələr yazan vəkil Adil İsmayılovun vəkillik lisenziyasını müvəqqəti ləğv edib. Ləğvin rəsmi səbəbi kimi digər vəkil Sahil Babayevin şikayəti göstərilib. Babayev qanunsuz həbs edilmiş və işgəncələrə məruz qalmış  şəxsin vəkili olub, lakin öz müvəkkilinə qarşı polislə əməkdaşlıq edib və öz işini layiqincə yerinə yetirməyib.  Bunun ardından vəkil Adil İsmayılov həmin şəxsin müdafiəsini öz üzərinə götürüb. O,  müdafiə etdiyi şəxsin günahsız olduğuna və polisin cinayət işini bağlamaq üçün onu şərlədiyinə dair bütün sübutları təqdim etdikdən sonra qeyd edilən şəxs azadlığa buraxılıb.

Qeyd edək ki, vəkil Adil İsmayılov həmkarı Sahil Babayevin müvəkkilinə qarşı hüquq-mühafizə orqanlarına xidmət etdiyini ifşa edərək  hadisənin detallarını ictimailəşdirib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az