[:az]Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mori Paskye sentyabrın 11-12-də Azərbaycanda rəsmi səfərdə olacaq. AŞ mətbuat xidmətinin məlumatına görə, M.Paskyenin Bakıda Azərbaycan prezidenti, parlamentin spikeri və xarici işlər naziri ilə görüşləri planlaşdırılıb.
Bundan əlavə, M.Paskye Milli Məclisin bəzi komitələrinin nümayəndələri, həmçinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşəcək.
Sentyabrın 11-də günün ikinci yarısında AŞPA prezidenti Avropa Şurasının 70 illiyinə həsr edilmiş “Bizim hüquqlarımız, bizim azadlıqlarımız, bizim Avropa” adlı yüksək səviyyəli “dəyirmi masa”da iştirak edəcək. Tədbir Bakıdakı Fransa-Azərbaycan Universitetində keçiriləcək.
Turan[:]