[:az]Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Sunna Thorhildur Evarsdottir sentyabrın 5-də vətəndaş cəmiyyətin nümayəndələri ilə görüşüb. Görüş zamanı Azərbaycanda insan haqların vəziyyəti, siyasi məhbuslar problemi müzakirə olunub. Məruzəçi vurğulayıb ki, bir neçə siyasi məhbus sayılan şəxslərlə görüşmək üçün müraciət edib. O, həmçinin səfər çərçivəsində hökümət rəsmiləri ilə görüşəcəyini bildirib. Görüşdə İntiqam Əliyev, Xədicə İsmayıl, Seymur Həzi, Rəsul Cəfərov, Akif Qurbanov, Mehman Hüseynov, Əbülfəz Qurbanlı, Oqtay Gülalıyev iştirak edib. Xatırladaq ki, bu, Thorhild Sunna Evarsdottirin siyasi məhbuslar üzrə məruzəçisi kimi Azərbaycana ilk səfəridir.[:]
87