93
[:az]Avqustun 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron şöbəsinin üzvü Qorxmaz Əliyev Abşeron Rayon Polis İdarəsinə aparılıb. Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib. Qorxmaz Əliyev bu gün yerli məhkəmənin qərarı ilə 200 manat cərimə olunub.
O, 535.1-ci (polis əməkdaşının qanuni tələblərinə tabe olmama) maddə ilə təqsirli bilinib, bu barədə AXCP-dən bildiriblər. DİN-dən və Abşeron rayon polis idarəsindən şərh almaq mümkün olmayıb[:]