[:az]Beynəlxalq Bank işi: Müdiriyyətin istəyi ilə sənədləri imzalayıb[:]

tərəfindən Gozetci

[:az]Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin haqqındakı ikinci cinayət işində onunla birlikdə mühakimə olunanlar arasında keçmiş polis əməkdaşı da var – Ramiz Kərimov. O da bankdan milyonlarla kredit götürüb mənimsəməkdə suçlanır. Ancaq özünü təqsirli bilmir.

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun vəkili bu barədə danışıb. Deyib ki, R.Kərimov uzun müddət işsiz qalıb. Axırda məcburiyyət qarşısında qalıb, keçmiş deputat Dünyamin Xəlilovun nəzarətində olan şirkətə işə düzəlib.

Vəkil deyir ki, Beynəlxalq Bankdan onun adına götürülmüş kreditlərdən bir manat da R.Kərimova çatmayıb: «Ramiz Kərimov uzun müddət işsiz qalıb. Daha sonra mühafizə xidmətinə işə düzəlib. Müdiriyyətin istəyi ilə sənədləri imzalayıb. Uzun müddət işsiz qalan bir adam müdiriyyətin bu istəyinə necə «yox» deyə bilərdi?».

Müdafiəçi bildirib ki, müvəkkilinin mütəşəkkil cinayətkar qrupun üzvü olması ittihamı da əsassızdır. Onun sözlərinə görə, R.Kərimov bu işdə təqsirləndirilən 22 nəfərdən böyük əksəriyyətini, o cümlədən dəstənin başçısı kimi təqdim olunan C.Hacıyevi şəxsən tanımayıb.

Vəkilin sözlərinə görə, bankın pulunu R.Kərimovun mənimsədiyini təsdiqləyən fakt da yoxdur: «Ona görə də Ramiz Kərimovun haqqında bəraət hökmü çıxarılmasını xahiş edirəm».

TəqsirləndirilənSadiq Murtuzayevin vəkili məhkəmənin gedişindən gileylənib. Deyir ki, necə ki istintaq, eləcə də məhkəmə Beynəlxalq Bank işini ətraflı araşdırmadı, həqiqətləri ortaya çıxarmadı. Müvəkkilinin bankın pulunu mənimsəmədiyini vurğulayan vəkilin sözlərinə görə, kredit S.Murtuzayevin adına götürülsə də, ona həmin puldan verilməyib. Müdafiəçi S.Murtuzayevin əmlakının üstündən həbsin götürülməsini də xahiş edib.

Keçmiş deputat D.Xəlilovun vəkili isə çıxışa hazırlaşmaqdan ötrü vaxt istəyib. Məhkəmə ona avqustun 26-na qədər vaxt verib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az