[:az]İ.Rəhimovun aclığı davam etdirdiyi bildirilir[:]

tərəfindən Gozetci

[:az]reallıq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun 12 gündür aclıq aksiyasını davam etdirdiyi bildirilir.

Bu barədə İkram Rəhimovun ailəsindən məlumat veriblər

«Avqustun 19-da təcridxana ilə əlaqə saxladıq, təcridxanadan bildirdilər ki, İkram aclığı davam etdirir, səhhəti də ağırdır. İkram son günlər evə zəng etməyib. Yəqin ki, səhhəti çox ağırdır, telefonla zəng etmək və ya danışmaq iqtidarında deyil», – jurnalistin ailə üzvü belə söyləyib.

realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun avqustun 15-də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsindən ailəsinə zəng vurduğu bildirilir.

Ailəsinin verdiyi məlumata görə, o, quru aclığı davam etdirdiyini deyib. Yaxınlarının vurğulamasına görə, İ.Rəhimovun səhhətində problemlər yaranıb.

«Onun təzyiqi düşüb, başgicəllənməsi yaranıb, mədəsində kəskin ağrılar baş qaldırıb, 10 kiloqramadək çəki itirib. Səhhəti çox ağırdır. Təcridxanada qida qəbul etməsi üçün təzyiq etdiklərini dedi. İkram ona qarşı edilən haqsızlıq davam etdiyi üçün quru aclığı davam etdirəcəyini bildirdi. Danışığımız çox qısa oldu. Çünki o danışanda çətinlik çəkirdi, səsi çox xırıltılı idi», – ailə üzvü bildirib.

«Amerikanın səsi»nin məlumatına görə, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən də İ.Rəhimovun aclıq etdiyini təsdiqləyiblər.

«İkram Rəhimov bir neçə gündür aclıq edir. Aclıq etmək onun hüququdur və bu hüququndan istifadə edir. O, quru aclıq keçirmir, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. Hazırda səhhətində problem yaranmayıb. Ona qida qəbulu üçün təzyiq edilməsi barədə deyilənlər həqiqətəuyğun deyil. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır», – Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

İ.Rəhimovun avqustun 7-dən aclıq aksiyasına başladığı açıqlanmışdı. Elə avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələrinin saxtalaşdırıldığını iddia edərək onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İ.Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını elan edib.

Amma müdafiə tərəfinin birinci instansiya məhkəməsində çıxışların dəyişdirilməsi ilə bağlı dediklərinə, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az