[:az]Polad Aslanovun şikayətini Baş Prokurorluq araşdırır[:]

tərəfindən Gozetci

[:az]Avqustun 16-da həbsdə olan “xeberman.com” saytın redaktoru Polad Aslanovla bağlı müraciətə Ombudsman Aparatı və Baş Prokurorluqdan cavab gəlib.

Bu barədə AzadlıqRadiosuna Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova danışıb. Onun sözlərinə görə, Ombudsman Aparatından gələn məktubda bildirilir ki, redaktorun əsassız həbs edilməsi, işgəncələrə məruz qalması, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Baş İstintaq İdarəsində istintaqın qeyri-obyektiv aparılması və vəkilinə təzyiqlərin olması barədə şikayətinin yoxlanması, tədbirlərin görülməsi üçün Baş Prokurorluğa müraciət olunub: “Baş Prokurorluqdan gələn məktubda isə qeyd edilir ki, şikayətimlə bağlı araşdırma aparılır. Bunun üçün məni prokurorluğa dəvət ediblər”.

G. Aslanova habelə vurğulayıb ki, bu həftə ərzində onun müraciəti əsasında Baş Prokurorluğun nümayəndəsi Polad Aslanovun saxlandığı DTX-nin İstintaq Təcridxanasına gedib. “O, Polad Aslanovdan saxlandığı şəraitdən razı qalıb-qalmamasını soruşub. Halbuki, nümayəndə cinayət işinin düzgün aparılıb-aparılmamasını, həbsin əsl səbəblərini araşdırmalıdır. Polad Aslanov həmin nümayənə ilə bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb ki, O, ya öz işini bilmir, ya da təlimatlandırılmış şəkildə göndərilib. Ümumilikdə, Polad Aslanov prokurorluğun apardığı araşdırmadan narazıdır”, – deyə G. Aslanova bildirib.

Bu deyilənlər ilə bağlı, hələlik, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az