[:az]Ruhulla Axundzadənin səhətində problem yaranıb[:]

tərəfindən Gozetci

[:az]İslam partiyası Astara rayon təşkilatının sədri, siyasi məhbus Ruhulla Axundzadənin səhətində problem yaranıb. Bu barədə onun yaxınları məlumat veriblər.

Məlumatda bildirilir ki, Ruhullah Axundzadənin ayağında ciddi problem yaranıb.

“Onun ayaqları tutulub. Həbsxana rəhbərliyindən onun təcili olaraq müalicə olunmasını tələb edirik”, – deyə Ruhullah Axunzadənin yaxınları vurğulayıblar.

Xatırladaq ki, Ruhulla Axundzadə 8 ildir həbsdədir. 2013-cü ildə ürəyindən əməliyyat olunub.

Ruhullah Axundzadə 2011-ci ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib.

Onun hüquqlarını müdafiə edən vəkilləri və ailə üzvləri Ruhullah Axundazadənin siyasi sifarişlə həbs olunduğunu qeyd edirlər.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az