[:az]Vəkil Əsabəli Mustafayevin ölkədən çıxışına qoyulmuş qadağa götürülüb[:]

tərəfindən Gozetci

[:az]

Foto: Turan.az

Vəkil Əsabəli Mustafayev ölkədən çıxışına qoyulmuş qadağanın götürüldüyünü bildirir.

Vəkilin sözlərinə görə, qadağa 2014-ci ildə qeyri-hökumət təşkilatları ilə bağlı açılan cinayət işlərinin istintaqı çərçivəsində Baş Prokurorluq tərəfindən qoyulub.

Vəkilin bildirdiyinə görə, onun həm ölkədən çıxışı məhdudlaşdırılıb, həm də vergi orqanı onun rəhbərlik etdiyi təşkilatı – Demokratiya və İnsan Haqları Resurs Mərkəzini cərimələyib: «Beş il ərzində ölkənin kənarına çıxa bilmədim. Apreldə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə müraciət etdim və səhhətimdəki problemlərlə bağlı tibbi klinikanın arayışını əlavə etdim. Lakin cavab verilmədi».

O, müraciətə cavab almadığından Ombudsman Aparatına və məhkəməyə müraciət etdiyini bildirib.

Vəkilin sözlərinə görə, iyulun 30-da isə İstintaq İdarəsindən ona məktub gəlib. Məktubda ölkədən çıxışına qoyulan məhdudiyyətin qaldırıldığı bildirilib. Ancaq buna baxmayaraq, ona qarşı digər hüquqi məhdudiyyətlər hələ də qalmaqdadır. Vəkil bildirir ki, şəxsi bank hesabına və rəhbərlik etdiyi təşkilatın hesabına qoyulmuş həbs qərarı qüvvədədir.

Xatırladaq ki, Ə.Mustafayev Azərbaycanda bir sıra müxalif siyasətçi və ictimai fəalın hüquqlarını müdafiə edib. 2018-ci ilin aprelində Vəkillər Kollegiyasının qərarı ilə vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb. Ə.Mustafayev bir sıra çıxdığı işləri siyasiləşdirməkdə günahlandırılıb. Amma onun özü ittihamı qəbul etməyib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az