[:az]İnternet TV-nin əməkdaşı polisə çağırılıb[:]

tərəfindən Gozetci

[:az]Bu gün “Kanal 13” İnternet televiziyasının əməkdaşı Fərid İmran Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə çağırılıb və 4 saat orada saxlanılıb.

F.İmran Turan-a bildirib ki, polis bölməsində ona deyiblər ki, çağırılmasının səbəbi onun barəsində hansısa şikayətlə bağlıdır.

“Kanal 13″ üçün material hazırlamışdım və hansısa vətəndaş Pəri Quliyeva məndən şikayət edib ki, guya onu ölümlə hədələmişəm. Mən bu xanımı, ümumiyyətlə, tanımıram və bunu polisə izahatda qeyd ermişəm. Bu prosedur az müddət çəksə də, saatlarla bölmədə qalası oldum”, – F.İmran bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları ondan tələb ediblər ki, bölməyə getməzdən əvvəl sosial şəbəkədə yazdığı statusu silsin.

“Yazmışam ki, məni bölməyə çağırıblar və ola bilsin ki, üzərimdə qanunsuz əşyalar aşkar etdilər”, – o deyib.

F.İmran statusu silməyəcəyini və bir neçə saat bölməsində saxlanılması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsindən şərh almaq mümkün olmayıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az