[:az]AXCP üzvü həbs olundu[:]

tərəfindən Gozetci

[:az]

İyunun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Eldəniz Ağayevə 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.

Mənbənin məlumatına görə, E.Ağayevi iyunun 24-də iş yerindən aparıblar. Lakin polisdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin (polisin qanuni əmrinə tabe olmamaq) pozulmasına dair protokol tərtib edilib.

“Başa düşə bilmirik ki, iş yerində olan şəxs polisə necə müqavimət göstərə bilər?”, – AXCP-dən deyiblər.

Qeyd ediblər ki, E.Ağayev sosial şəbəkələrdə çox fəal idi və inzibati cəza almasına səbəb də bu fəallğı ola bilər.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az