[:az]AXCP üzvünün cəzası azaldıldı[:]

tərəfindən Gozetci

[:az]AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının həbs cəzası 6 ildən 3 ilə endirilib.

Bu haqda Ali Məhkəmə iyunun 4-də qərar çıxarıb.

Gənc fəala qarşı narkotik maddənin satış məqsədilə saxlanması ittihamı dəyişdirilib.

O.Baxışlı ötən il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunurdu. 2018-ci il sentyabrın 18-də 6 il azadlıqdan məhrum edilib.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə – mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı.

Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, E.Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar.

E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az