[:az]Bayram tədbirində saxlanılan daha 4 nəfər cərimələndi[:]

tərəfindən Gozetci

[:az]AXCP üzvləri apelyasiya şikayəti verəcəklər

Abşeron Rayon Məhkəməsi mayın 31-da Milli Şuranın Respublika Günü Novxanıda keçirdiyi bayram tədbirində saxlanılan 8 nəfərdən daha 4 nəfərin işinə baxıb.

Məhkəmə AXCP üzvləri Nizami Abbasov, Adil Babayev, Ruslan Şərifov və Elşən Həsənovun hər birinin 300 manat cərimə olunması haqda qərar çıxarıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsilə ittiham olunublar.

Bu barədə AXCP-dən verilən məlumata görə, ilk 3 nəfər haqda hökmü hakim Şövkət Nəcəfova, digər hökmü isə Sevinc Quliyevə çıxarıb. AXCP üzvləri apelyasiya şikayəti verəcəklər.

Dünən Abşeron Rayon Məhkəməsi Tofiq Yaqublu, Mirzə Aydınlı, Bəxtiyar Hüseynov və Şakir Əhmədov barədə analoji qərar qəbul etmişdi. Mayın 28-də Milli Şuranın Novxanı kəndində Məmməd Əmin Rəsulzadənən abidəsi önündə keçirilən yürüşdə polislə insdent yaşanıb. Həmin gün 8 nəfər saxlanılmışdı, bu gün rayon polisinin onlar barədə şikayətinə baxılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az