Jurnalist 10 sutkalıq inzibati həbs edilib

tərəfindən Gozetci

[:az]İşlədiyi redaksiya səbəb kimi aliment vermədiyini bildirib

Ağdam Rayon Məhkəməsinin qərarı ilə mayın 27-də “Yeniçağ” saytının müxbiri Səxavət Məmməd 10 sutka inzibati cəza alıb.

Prosesə hakim Elşad Bayramov sədrlik edib.

Səbəb kimi jurnalistin bloqunda “Trollara cavab: Qələbə üçün ilk zərurət – Nəcməddin Sadıkov yerinə hansı fərarini gətirir?” başlıqlı yazısı göstərilir.

Meydan TV-yə jurnalistin çalışdığı “Yeniçağ.az” saytının redaksiyasından məlumatı təsdiqləyiblər.

Ancaq “Bizimyol.info”-nun əldə etdiyi məlumata görə, jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. Jurnalist borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.

Redaksiya “Bizimyol.info”-nun məlumatını təsdiqləyib:

“Səxavət Məmməd məhkəmədə də, ötən həftənin sonunda da alimentin yarısını ödəməyə hazır olduğunu bildirmişdi. Ancaq keçmiş həyat yoldaşının birgə yaşadığı valideyinləri evlərini dəyişdiyindən onları tapa bilməyib. Bu gün də məhkəmədə alimenti verməyə hazır olduğunu söyləsə də, nəzərə alınmayıb. Halbuki, Prezident İlham Əliyev bir neçə ay əvvəl cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncam imzalayıb”.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az