[:az]Turan-ın fotomüxbirinin “Arsenal” – “Çelsi” maçında akkreditasiyası bərpa edilib[:]

tərəfindən Gozetci

[:az]Bakıda Avropa Liqasının “Arselan” – “Çelsi” maçının keçirilməsinə görə məsul olan Azərbaycan Təşkilat Komitəsi Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Turan İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimova verdiyi akkreditasiyanı təsdiq edib.

Agentliyin direktoruna bildiriblər ki, akkreditasiyadan imtina texniki səhvlə əlaqədar olub və bu səhv düzəldilib, Əziz Kərimov mayın 29-da UEFA Avropa Liqasının final maçını işıqlandıracaq şəxslər arasına daxil edilib.

Mayın 23-də Turan-ın verdiyi məlumata görə, UEFA Kərimovu mayın 15-də akkreditə edərək, rəsmi bildiriş göndərib. Amma mayın 18-də qurum səbəbini izah etmədən Kərimova imtina yazıb. Elə həmin gün Kərimov UEFA-ya imtinanı izah etmək xahişi ilə sorğu göndərib. UEFA hüquq-mühafizə orqanlarının və yerli hakimiyyətin Kərimovun akkreditasiyasından imtina etdiyi cavabı verib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az