[:az]Zaqatalada polislər Arif Hacılının evinə girib[:]

tərəfindən Gozetci

[:az]Zaqatalada bir qrup polis əməkdaşı Müsavat başqanı Arif Hacılının evinə girib. Bu haqda Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün axşam saatlarında iki polis maşını ilə gələn 7-8 nəfər polis əməkdaşı darvazanı zor gücünə açaraq Müsavat başqanı Arif Hacılının  evinə daxil olublar. Polis əməkdaşları qonşulardan əvvəl Vaqif Hacıbəylinin, daha sonra isə Mustafa Hacıbəylinin harada olduğunu soruşublar. Onlara hər ikisinin Bakıda olduğu söylənilib.

Polis əməkdaşları Zaqatalada Müsavatın yerli təşkilatının iclası planlaşdırıldığını və buna imkan verilməyəcəyini bildiriblər.

Bundan sonra polis əməkdaşları Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri Saleh Soltanova zəng edərək, iclasın keçirilməsinə imkan verilməyəcəyini deyiblər və buna cəhd olunacağı təqdirdə həbslə hədəlyiblər.

Müsavatın mətbuat xidməti bildirir ki, sabah Zaqatalada Müsavatın yerli təşkilatının iclası keçiriləcək və partiyanın 9-cu qurultayına nümayəndələr seçiləcək. İclasın Zaqatala rayonunun Tala kəndində – Hacılı qardaşlarının ata evində keçirilməsi planlaşdırılır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az