[:az]Mayın 29-da Avropa Liqasının “Arsenal” və “Çelsi” klubları arasında final maçını işıqlandırmaq üçün UEFA-dan akkreditasiya alan Turan İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimova Azərbaycan hakimiyyəti qadağa tətbiq edib.
UEFA mayın 15-də rəsmi bildiriş göndərərək, Kərimova akkreditasiya verib. Amma mayın 18-də isə onlar səbəbini izah etmədən, Kərimova imtina cavabı göndəriblər. Elə həmin gün Kərimov UEFA-ya imtina cavabının səbəbini izah etmək xahişi ilə sorğu göndərib. UEFA cavab vermişdi ki, hüquq-mühafizə və yerli hakimiyyət orqanları Kərimova akkreditasiya etməsindən imtina ediblər.
2019-cu ilin aprelində “Formula-1” Azərbaycan Qran-pri keçirildiyi zaman da, demək olar ki, belə bir vəziyyət olub. Baku City Circuit əməliyyat şirkəti Turan Agentliyini bu yarışlarda akkreditasiya etməkdən imtina edib, baxmayaraq ki, “Formula-1″dən akkreditasiya var idi.
Baku City Circuit-in marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai Turan-ın imtinanın səbəbləri haqqında sorğusunu cavabsız qoyub.
Əməliyyat şirkətinin əməkdaşları şəxsi söhbətlərdə qadağanın hüquq-mühafizə orqanları tərəfindən qoyulduğunu bildirirdilər.
Təşkilatçısı beynəlxalq təşkilatlar, həmçinin səfirliklər olsa belə, ölkə hakimiyyəti əksər rəsmi tədbirlərin işıqlandırılmasında Turan-a qadağa qoyub.
Formula-1-də olduğu kimi, “Arsenal” – “Çelsi” maçında da akkreditasiyadan imtinanı açıq-aşkar ayrı-seçkilik və Agentliyin peşə fəaliyyətinin qəsdən məhdudlaşdırılması, Azərbaycanda söz azadlığının məhdudlaşdırılması üzrə dövlət siyasətinin davamı kimi qiymətləndiririk.
Agentlik Azərbaycan prezidentini bu ayrı-seçkiliyə və Agentliyə qarşı uzun illərdir həyata keçirilən təzyiq siyasətinə son qoyulması üçün tədbirlər görməyə çağırır. Bu təzyiqlərin ən yüksək nöqtəsi 2017-ci ilin avqustunda Agentliyə qarşı açılmış saxta cinayət işi və agentliyin direktorunun həbs edilməsi olub.
TURAN[:]