[:az]Məhkəmə Turan agentliyinin iddiasını təmin etməyib[:]

tərəfindən Gozetci

[:az]1 saylı İnzibati-İqtisadi Məhkəməsi 26 sentyabr 2018-ci il tarixli informasiya sorğusuna cavab verilməməsilə bağlı Turan İnformasiya Agentliyinin Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddiasını təmin etməyib.

Hakim Möminat Hacıbəyova hesab edib ki, Dövlət Komitəsinin cavabı həmin ilin oktyabrında təqdim etməsinə ümumilikdə cavab kimi baxıla bilər.

İddiaçı hesab edir ki, təqdim olunmuş cavab ümumi xarakter daşıyır və konkret suala aydınlıq gətirmir. İnformasiya sorğusunda Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ döyüşlərində həlak olmuş Sumqayıt sakini İmamverdi Zabidovun ailəsinin 1993-cü ildə qaçqınlar tərəfindən zəbt edilmiş evi ilə bağlı məsələnin nə zaman həll olunacağı soruşulub.

2018-ci il dekabrın 13-də birinci məhkəmə iclasında Dövlət Komitəsinin nümayəndəsi problemin həllilə bağlı atılan addımları şifahi formada anlatmağa çalışıb. Lakin hakim M.Hacıbəyova bu dəlilləri yazılı şəkildə agentliyə və növbəti, yəni indiki məhkəmə iclasına təqdim etməyi təklif edib.

Bu gün isə hakim əvvəlki mövqeyinə zidd olaraq məhkəmə iclasına məhəl qoymayan cavabdehin tərəfini tutub.

Agentlik yazılı qərarı aldıqdan sonra bugünkü məhkəmə iclasını mübahisələndirəcək.

Qaçqının torpaqlarının işğalçıdan azad edilməsi uğrunda döyüşlərdə həlak olan Zabidovun ailəsinin evinin qaçqın tərəfindən zəbt edilməsi iə bağlı görünməmiş problem aşağıdakı məqalələrdə işıqlandırılıb:

http://www.turan.az/ext/news/2018/9/free/Social/az/75167.htm

http://www.turan.az/ext/news/2018/10/free/Social/az/75771.htm

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az