[:az]İctimai fəal Fatimə Mövlamlı adından Facebookda saxta səhifə yaradıldı[:]

tərəfindən Gozetci

[:az]İctimai fəal Fatimə Mövlamlı adından Facebook sosial şəbəkəsində səhifə yaradıldığını bildirir. Mövlamlının sözlərinə görə, həmin səhifədə ona aid olan şəxsi şəkillər, videolar paylaşılır, onun adından müxtəlif adamlara əxlaqsız təkliflər edilir: «Keçən il divara «Diktator» yazılmış plakatı yapışdırdığıma görə məni polis saxlamışdı. O vaxt şəxsi şəkillərim və videolarım mobil telefonumun qalereyasından götürülüb, indi də yayımlanır».

F.Mövlamlının şikayətinə hələlik Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma son illər belə şikayətlər başqa ictimai fəal və müxalif fəalların da dilindən eşidilib.

«Əgər istifadəçinin ünvanına təhqir, böhtan, təhdid varsa,…»
Hüquqşünas Xalid Ağalıyev sosial şəbəkələrdə adından profil və ya səhifə açılan istifadəçilərə birinci növbədə sosial şəbəkənin ofisinə müraciət etməyi, saxta səhifənin bağlamasını istəmələrini məsləhət görür: «Bu mütləq edilməlidir. Eyni zamanda, əgər həmin profildən, ya da səhifəsindən təhqir, böhtan tərkibli, ümumiyyətlə, qanun pozuntusuna dəlalət edən paylaşımlar edilirsə, o zaman istifadəçi ictimai şəkildə həmin səhifənin ona məxsus olmadığını bildirməlidir. Yəni, sonra problem olmasın. Əgər istifadəçinin ünvanına təhqir, böhtan, təhdid varsa, profilin və ya səhifənin əsl sahibinin tapılması üçün hüquq-mühafizə orqanlara müraciət etmək lazımdır».

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az