[:en]Bayram Mammadov told in court about torture[:az]Bayram Məmmədov məhkəmədə işgəncələr haqqında danışıb[:]

tərəfindən Gozetci

[:en]On April 2, the Baku Court of Appeal considered a complaint against an administrative arrest for 30 days of the activist of the NİDA Movement, Bayram Mammadov.

He was sentenced to 30 days of administrative arrest on charges of insubordination to the police.

Today in the Court of Appeal, Mammadov denied the accusation and called it false.

In addition, he declared torture on him in the Binagadi detention center. There were traces of violence on his body. So, on the face were bruises, ear swollen.

According to Mammadov, he was put on his knees and beaten with fists and legs.

However, the court ignored the statement of Mammadov and dismissed the complaint.

Bayram Mammadov and Giyas Ibrahimov were detained after writing political slogans on the monument to Heydar Aliyev on May 10, 2016. Both were sentenced to 10 years in prison on a large-scale drug trafficking charge. Human rights organization Amnesty International recognized them as “prisoners of conscience.” Both were pardoned on March 16 of this year.

After being released B.Mammadovsharply criticized the Azerbaijani authorities in the media and social networks.

Turan[:az]“Məni rezin kameraya salıb, bir sutka əllərim və ayaqlarım bağlı vəziyyətdə, üzü üstə saxladılar. Yumruq-təpiklə döyürdülər. Mən işgəncəyə öyrəşmişəm, amma görünür, bunlar təcrübəsiz idilər, üzümə vururdular.”

Bu barədə Bayram Məmmədov aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində deyib.

Gənc fəal Məmmədov üzündəki xəsarətləri – burnunun üzərində, sağ gicgah nahiyəsində, qulağındakı qançırları hakimə göstərib. Bildirib ki, martın 17-də həbsdən buraxılıb, ertəsi gün onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırıblar. Bölmədən də Sabunçu Rayon Polis İdarəsinə aparıblar:

“Orada mənə dedilər ki, `sənin başın ağrıyacaq`. Həbsdən buraxılmamışdan əvvəl də mənə eyni şeyləri deyirdilər. Buraxdılar, sonra yenə polisə çağırırdılar. Martın 30-da bölmədən idarəyə aparmaq adıyla çıxarıb birbaşa məhkəməyə apardılar. 30 sutka inzibati həbs qərarı verib Binəqədi təcridxanasına gətirdilər. Ora çatan kimi rezin otağa saldılar. Döyürdülər, şillə-yumruq…”.

Bayram Məmmədov heç bir inzibati pozuntuya yol vermədiyini deyib. Hakim ondan işgəncəyə məruz qalmasının səbəbini soruşanda belə cavab verib:

“Bayram Məmmədov – heykəl məhbusudur, hər şey aydındır da…”.

Bayram Məmmədov onu da bildirib ki, təcridxanada onu döyənlərdən ikisi hazırda məhkəmə zalında onun yanında əyləşiblər. Həmin şəxslər Məmmədovu təcridxanadan məhkəməyə gətirib-aparanlar idi. Onlardan biri Pənah adlı şəxs idi. Amma heç biri Bayram Məmmədovun dediklərinə münasibət bildirməyib.

Məhkəmənin qərarında yazılıb ki, Bayram Məmmədov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin qarşısından keçəndə söyüş söyüb. Onu intizama dəvət edən polis əməkdaşının tələbinə tabe olmayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov bu gün, aprelin 2-də gənc fəalın 30 sutka həbs qərarını qüvvədə saxlayıb. İşgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Martın 17-də əfv sərəncamıyla azadlığa buraxılan Bayram Məmmədov martın 30-da yenidən saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə – polisə müqavimətdə təqsirli bilinərək, ona 30 gün inzibati həbs cəzası verilib.

Rəsmi qurumlar Bayram Məmmədovun həbsinin səbəbləri və onun işgəncəyə məruz qalması ilə bağlı məhkəmədə dediklərinə hələ münasibət bildirməyib.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az