120
[:az]Martın 22-də Sumqayıtda poladəritmə sexində partlayış baş verdiyi bildirilir. Hadisə İnşaatçılar qəsəbəsində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınıb. Partlayış zamanı həmin sexdə çalışan 4 nəfərin yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırıldığı qeyd olunur. Daha sonra yaralılar Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Onlardan birinin, aldığı yanıq xəsarətlərindən vəfat etdiyi deyilir.[:]