[:az]Bəxtiyar Tuncay polisə aparıldığını deyir[:]

tərəfindən Gozetci

[:az]«Türk Ocaqları Birliyi»nin sədri, yeni yaranmış Azərbaycan Xalq Hərəkatının üzvü Bəxtiyar Tuncay dünən, martın 18-də saxlandığını bildirir. Onun deməsinə görə, martın 18-i saat 12 radələrində yaşadığı evin yanında mülkigeyimli şəxslər onu saxlayaraq Daxili İşlər Nazirliyinin ( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) gətiriblər. B.Tuncay iddia edir ki, orada fiziki və mənəvi təzyiqlərə məruz qalıb: ​«Sonra məlum oldu ki, məni dövlət başçısı əleyhinə statuslarımla bağlı idarəyə gətiriblər. Amma Facebook səhifəmdə bu istiqamətdə haqqında danışdıqları kimi bir statusu belə tapıb, qarşıma qoya bilmədilər» B.Tuncay bildirib ki, sonra söhbət sakit şəkildə davam edib və o, saat 18 radələrinə yaxın idarədən sərbəst buraxılıb. Onun sözlərinə görə, bu məsələyə aid hüquq- müdafiə işləri ilə hüquqşünas Mətləb Mütəllimli məşğul olacaq. B.Tuncayın bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və sözügedən idarədən münasibət almaq mümkün olmayıb. Amma bundan öncə DİN rəsmiləri oxşar şikayətləri yalanlayıblar. DİN rəsmilərinin vurğulamasına görə, polisdə təzyiq və işgəncələrə məruz qalmaqla bağlı iddiaların əsası yoxdur.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az