[:az]AXCP fəalı prezident İlham Əliyevə müraciətindən sonra saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətov martın 15-də günorta saxlanılıb. AXCP-dən bildirilib ki, saxlanmaya səbəb onun sosial şəbəkə vasitəsilə prezident İlham Əliyevə müraciət etməsidir.

Zirə kənd sakini A.Hümbətov bildirib ki, işsizdir, üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə maraqlanmır, karton satıb dolanır.

Bundan sonra martın 15-də onu Xəzər Rayon Polis İdarəsinin 1 saylı polis bölməsinə aparıblar. Lakin doğmalarına və AXCP nümayəndələrinə saxlanmanın səbəbləri barədə məlumat verilmir.

DİN-dən və polis bölməsindən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, dövlət başçısı dəfələrlə vətəndaşlara müraciət edərək istənilən məsələ ilə bağlı şəxsən ona müraciət olunmasını, bu müraciətərə baxılacağını vəd edib. Dövlət başçısının köməkçiləri və onun hakim Yeni Azərbaycan Pariyasından olan nümayəndələri də belə deyirlər və bunu “sadə vətəndaşlara qayğı” adlandırırlar.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az