[:az]Almaniyada yaşayan fəalın atasını Bakıda polisə çağırıblar[:]

tərəfindən Gozetci

[:az]”Dedilər oğlun hökumət əleyhinə yazdıqlarını silsin”

Almaniyada fəaliyyət göstərən Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının üzvü Valeh Nəsibovun atası Nizami Nəsibov martın 4-də Nizami Rayon Polis İdarəsinə, qaynı və qaynatası isə Sabunçu rayon polis bölməsinə aparılıb.

Bu barədə Meydan TV-yə Nizami Nəsibov özü danışıb.

O bildirib ki, oğluna görə, ciddi təzyiq altındadır və onu rahat buraxmırlar:

“Dedilər ki, oğlun Valeh Nəsibov sosial şəbəkədə hökumətin əleyhinə yazdıqlarını silsin və xaricdə mitinqlər təşkil etməsin. Mən də cavab verdim ki, oğlumun hərəkətlərinə cavabdeh deyiləm. Özümün də təzyiqim var, çox əsəbləşdirsəniz beynimə qan sızacaq. Onlara dedim ki, oğlum ali təhsilliydi, iş tapmırdı, heç yerdə qəbul etmirdilər, nə etməliydi, mənimlə 1 otaqlı mənzildə ailəsi ilə yaşamalıydı?!”

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az