[:az]Niyə Şəmkirdə müəllimlərdən ildə bir necə dəfə rüşvət tələb olunur?[:]

tərəfindən Gozetci

[:az]Bir qrup təhsil işçiləri redaksiyamıza yazıb bildirmişdir ki, Şəmkir rayon təhsil işçiləri Alimpaşa Məmmədovun qanunsuz tələbləri ucbatından əziyyət çəkirlər. Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov və rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski məktəblərdən qanunsuz rüşvət tələb edirlər. Dərs ili başlayandan hər məktəb direktoru 1500-2000 manat Təhsil Şöbəsinə haqq verməlidir. Amma məsələ təkcə bununla bitmir. Üzərindən iki ay keçməmiş rayonda tikilən yeni tibb müəssisəsinin işlərini tamamlamaq üçün təhsil işçiləri hər məktəbə 500-700 manat dekabr ayında pul verdilər. İndi isə rayonda yarımçıq qalmış abadlıq işlərini tamamlamaq adıyla 500 manat gətirmək tapşırılıb. Bu pul tələbi isə aşağı əmək haqqı alan müəllimlərin maaşından kəsilir. Müəllimlər direktora etiraz etdikdə isə bu barədə İH-nə müraciət etmələrini bildirərək deyir ki, mən burada tapşırıq yerinə yetirirəm. Hansı məktəbdən pul gec yığılırsa Təhsil Şöbəsi öz “cəza dəstələrini” həmin məktəblərə yoxlanışa göndərir. Yoxlanış dəstəsi isə nöqsanlara görə müəllimin əmək haqqının kəsiləcəyini bildirərək hədələyirlər. Bir sözlə, fevralın 23-də verilən tapşırıq budur ki, martın 1-nə kimi məktəblər 500 manat pul verməlidir. Qeyd edək ki, Şəmkir rayonunda 79 məktəb var.  Alimpaşa Məmmədov icra başçısı kimi məktəblərə də çox müdaxilə edir. Yerli-yersiz yoxlamalar, tədbirlər müəllimlərlə bərabər şagirdləri də narahat edir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az