[:az]Nikoyl Bank Əbülfəz Sadıqbəyliyə qarşı şikayətdən imtina etdi[:]

tərəfindən Gozetci

[:az]

Fevralın 20-də  Qaradağ Rayon Məhkəməsində hakim Fuad Huseynovun sədrliyi ilə Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyliyə qarşı cinayət işi üzrə məhkəmə prosesi davam etməli idi.

Lakin iş üzrə təqsirləndirilən şəxslərdən birinin vəkili gələ bilmədiyi üçün proses təxirə salınıb.

Vəkil Osman Kazımovun “Basta”ya verdiyi məlumata görə, proses fevralın 27-də saat 14:00-da davam edəcək.

Osman Kazımov bildirib ki, Nikoyl Bank Əbülfəz Sadıqbəyliyə qarşı mülki iddiadan imtina edib. Bank həmçinin məhkəməyə Əbülfəz Sadıqbəyliyə qarşı şikayətçi olmadıqları haqqında barışıq ərizəsi təqdim edib.

İttihama əsasən, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib. Müsvatçı gənc Cinayət Məcəlləsinin 178.2.4, və 320-ci maddələri ittiham olunur.

Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Ayın 21-də Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib.

Müsavat Partiyası bəyan edib ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə həbs olunub.

Bastainfo.com[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az