119
[:az]ABŞ-ın Respublikaçılar partiyasından olan senator Mark Rubionun mətbuat xidməti Mehman Hüseynova açılan yeni cinayət işi ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir: Azərbaycanlı bloqçu Mehman Hüseynov saxta ittihamlarla həbsdə saxlanılır. Onun sağlamlıq durumu aclıq aksiyası səbəbiylə kritik vəziyyətdədir. Azərbaycan höküməti onu dərhal azad etməlidir”. Qeyd edək ki, Mehman Hüseynov artıq 11 gündür ki, ona qarşı açılan yeni cinayət işinə etiraz olaraq aclıq aksiyası keçirir.[:]