Four Protesters in Defense of Blogger Mehman Huseynov Arrested[:az]Bloger Mehman Hüseynova azadlıq istəyənlər həbs edilib

tərəfindən Gozetci

The Nizami District Court of Baku today ruled on the administrative punishment of those who had taken part in the protest against the new criminal case against the blogger Mehman Huseynov.

All of them were found guilty under Article 513.2 (violation of the rules for holding rallies, pickets and demonstrations) of the Code of Administrative Offenses.

The Azel.tv website editor Afghan Sadigov was arrested for 22 days, the Canal 13 correspondent Nurlan Gahramanov, and the PFPA activists Elimkhan Agayev and Sakhavat Nabiyev were arrested for 21 days each.

The blogger Fatima Movlamly and the PFPA activist Parvin Abysheva were fined 300 manat, and Matanat Mahmudrzayeva (also known as Facebook’s Malahat Yagubova) was fined 400 manat. Farid Abdinov, a journalist from online Azad Soz, was fined for the same amount.

The persecution of the protesters was condemned by the PFPA leader, Ali Kerimli. “The action participants, most of whom were women who considered themselves mothers and sisters of Mehman Huseynov, spoke out against injustice at the call of their hearts. The campaign showed that people are not indifferent to Mehman”s fate,” Kerimli wrote on his Facebook page.

He called for the release of the blogger and the arrested protesters.

* Mehman Huseynov was arrested in March 2017 and sentenced to 2 years in prison under a libel suit filed by the head of the Nasimi district police. On December 26, he was charged with a new charge of beating a prison employee and placed in a punishment cell. In protest, he went on a dry hunger strike. On December 30, the blogger”s health condition deteriorated sharply, and he fainted. After that, at the insistence of his relatives, he stopped the dry hunger strike and began to take water.

Human rights activists are convinced that Huseynov is being persecuted for exposing corruption among high-ranking officials, as well as criticizing the authorities.

 

TURAN[:az]Bu gün Bakının Nizami Rayon Məhkəməsi yanvarın 3-də metronun “Neftçilər” stansiyasının qarşısında “Mehman Hüseynova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə piket keçirən fəallardan Əfqan Sadıqova (Azel.tv saytının redaktoru) 22 sutka, Nurlan Qəhrəmanov (Kanal13 internet televizyasının müxbiri) və AXCP üzvləri Elman Ağayev, Səxavət Nəbiyevin hər birinə 21 sutka inzibati qaydada həbs qərarı çıxarıb. Fəallar İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsi (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə təqsirli bilinib.

Məhkəmə həmçinin piket iştirakçıları Fatimə Mövlamlını 300 manat, Məlahət Yaqubovanı 400 manat və Pərvin Abuşovanı 300 manat inzibati qaydada cərimə edib.

Rəsmi qurumlar fəalların keçirdiyi piketlə bağlı hər hansı şərh verməyib. Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə aksiya iştirakçılarına təşəkkür edib.

“Əksəriyyəti qadınlar olan aksiya iştirakçıları özlərini Mehman Hüseynova ana, bacı təsəvvür edərək, qəlblərinin səsi ilə bu qərarı veriblər. Onlar bu aksiya ilə xalqımızın Mehman Hüseynovun taleyinə biganə olmadığını göstərdilər. Mehman Hüseynova, bütün siyasi məhbuslara, eləcə də bugünki aksiyaya görə saxlanılanlara azadlıq tələb edirəm. Rejim anlamalıdır ki, bu amansız repressiyalar bir gün bumeranq effekti ilə onun özünə zərbə olacaq”, deyə Kərimli facebook səhifəsində yazıb.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərə, deputatlara məxsus olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Hüquq müdaifə təşkilatları ölkədə 150 siyasi məhbusun olduğunu bildirir.

Bununla yanaşı, rəsmi Bakı siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini desə də, beynəlxalq təşklatlar Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib

 

TURAN

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az