[:az]Gəncədə 7 dini fəala hökm çıxarılıb[:]

tərəfindən Gozetci

[:az]Gəncə şəhər Kəpəz rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dini fəal Firudin Zeynalov və daha 6 nəfər barəsində hökm oxunub.

Onlar keçən il Gəncədə “İmamzadə ziyarətgahı”nda keçirilən Aşura mərasimi zamanı polis əmakdaşları ilə ziyarətçilər arasında baş vermiş insidentdə təqsirli bilinirlər.

Məhkəmə dindarları Cinayət Məcəlləsinin 315.2 (zorakılıq tətbiq etməklə polisə müqavimət göstərmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirli bilib.

Məhkəmə Zeynalovu 3 il, digər 6 nəfəri isə bir il 4 ay həbs cəzasına məhkum edib.

Zeynalov məhkəmənin qərarını sifarişli adlandırıb və hökmdən şikayət edəcəyini bildirib. Son sözündə o bildirib ki, saxta ittihamla həbsinin səbəbi hakimiyyətin ədalətsizliyinə qarşı apardığı mübarizədir.

Zeynalovun sözlərinə görə, o, 2000-ci ildən, tələbə olarkən Yeni Azərbaycan Partiyasına daxil olmaqdan imtina etdiyi və müxalifət partiyalarının tədbirlərində iştirak etdiyi üçün təzyiqə məruz qalmağa başlayıb.

Son illər o, “Müsəlman Birliyi” hərəkatının və digər müxalif təşkilatların aksiyalarında iştiraka görə təzyiqə məruz qoyulub.

Maraqlıdır ki, Gəncə icra hakimi Elmar Vəliyevə qarşı sui-qəsddən sonra (3 iyul 2018) həbsdə olan Zeynalova qarşı əlavə olaraq 8 ağır maddə ilə ittiham irəli sürülüb.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az