[:az]’Qardaşımı cəzaçəkmə müəssisəsində intihar həddinə çatdırıblar'[:]

tərəfindən Gozetci

[:az]Natiq Ədilov həbsdə olan qardaşı Muradın kömək üçün müraciət etdiyini bildirib

10 saylı Cəzaçəkmə Müəssisəsində məhbusluq həyatı yaşayan Murad Ədilov böyük nəzarətçi Xəyal Həsənovun sərt təzyiqləri ilə üzləşdiyini bildirib.

M.Ədilovun sözlərinə görə, ona son bir neçə gündə 3 töhmət verilib.

Bu barədə Murad Ədilov anası ilə telefon əlaqəsi saxlayaraq deyib.

Məlumatı onun mühacirətdə olan qardaşı Natiq Ədilov yayıb.

Natiq Ədilov bildirib ki, Xəyal Həsənov Murad Ədilovu intihar həddinə çatdırıb:

“Qardaşım anama belə deyib. Xəyal Həsənov qardaşımdan rüşvət istəyir. Biz qardaşımın üzləşdiyi özbaşınalıqla bağlı Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə, Ombudsman aparatına və diplimatik korpuslara müraciət edəcəyik”.

Meydan TV Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr rəsmisi Mehman Sadıxovla əlaqə saxlayıb.

M.Sadıxov deyib ki, əgər məhbus incidildiyini iddia edirsə, məhkəməyə və Penitensiar Xidmətə müraciət edə bilər:

“Müraciətə baxılacaq. Mən bu məsələni şərh edə bilmərəm. Çünki Murad Ədilov digərləri kimi sıravi məhbusdur”.

Murad Ədilov 2014-cü il avqustunda həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M.Ədilov narkotik ittihamını rədd edir və qardaşı N.Ədilovun fəaliyyətinə – hökuməti tənqid edən yazı və çıxışlarına görə cəzalandırıldığını bildirir.

N.Ədilov AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşıdır.

Yerli və beynəlxalq insan haqları müdafiəçiləri də M.Ədilovun həbsini siyasi motivli sayır. “Amnesty İnternational” M.Ədilovu “vicdan məhbusu” elan edib.

Meydan Tv[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az