[:az]Apelyasiya Məhkəməsi Yunis Səfərovun şikayətini təmin etməyib[:]

tərəfindən Gozetci

[:az]Bu gün Bakı Apelyasiya Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qəsd etməkdə ittiham olunan Yunis Səfərovun şikayətinə baxılıb.

Yunis Səfərov işgəncələrdən və hüquqşünas Elçin Sadıqovun şəxsində vəkil müdafiəsindən məhrum edildiyindən şikayətlənib.

Amma apelyasiya instansiyası şikayəti təmin etməyib, Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə Turan-a Bakı Apelyasiya Məhkəməsindəki mənbə bildirib.

Səfərov özü məhkəməyə aparılmayıb.

Dünən Səfərovun anası Leyla İsmayılova bəyanatla çıxış edərək, oğlunun işgəncə altında öz vəkilinə böhtan atmağa məcbur edildiyini bildirib.

Bir müddət əvvəl Baş Prokurorluq vəkil Sadıqovu müdafiədən kənarlaşdırıb və ondan Vəkillər Kollegiyasına şikayət edib.

İyulun 3-də RF vətəndaşı, Gəncə sakini Yunis Səfərov tapancadan açdığı atəşlə Elmar Vəliyevi və onun mühafizəçisini yaralayıb. Bir həftə sonra 150-200 nəfərdən ibarət bir qrup şəhər sakini şəhər administrasiyası qarşısında etiraz aksiyası təşkil edib. Polislə qarşıdurma zamanı iki yüksək vəzifəli polis zabiti öldürülüb.

Sentyabrın 28-də baş prokuror Zakir Qaraşov sözügedən hadisələrlə bağlı 77 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, daha 11 nəfər barəsində axtarış elan edildiyini bildirib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az