[:az]Hüquq müdafiəçisinin qardaşına qarşı təxribat[:]

tərəfindən Gozetci

[:az]Hüquq müdafiəçisi Taleh Xasməmmədov qardaşı Valeh Xasməmmədova qarşı təxribatın olduğunu bildirib. Belə ki, Göyçay rayon sakini Zahid Əzizov mayın 10-da axşam V.Xasməmmədovun kafesinə gedib, stolun üzərindən qədəhi götürüb Valehin başına vurub. Sonra şüşə qırıntıları ilə Valehə xəsarət yetirib və kafeni tərk edib.

V.Xasməmmədov hüquq-mühafizə orqanlarına şikayət edib, ancaq heç bir tədbir görülməyib.

T.Xasməmmədovun sözlərinə görə, Z.Əzizov 2015-ci ildə ona qarşı təxribat törətmişdi. O zaman fəalı xuliqanlıq və bədən xəsarəti yetirmək ittihamı ilə 3 il azadlıqdan məhrum etmişdilər.

Sonradan T.Xasməmmədov əfv edilib və azadlığa buraxılıb. Lakin apreldə yenidən onun barəsində yol polisi əməkdaşına qarşı xuliqanlıq törətmək ittihamı ilə cinayət işi qaldırıblar.

T.Xasməmmədovun korrupsiya və insan hüquqları haqqında yazılarına görə yerli hakimiyyətlə onun arasında münaqişə yaranıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az