[:az]Yaşayış mənzillərinin sayında böyük statistik fərqlər var[:]

tərəfindən Gozetci

[:az]Rövşən Ağayev: ”Statistika Komitəsinin mənzil sayı ilə qaz təsərrüfatlarının mənzil sayı arasında fərq 500 minə yaxındır”

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yaşayış mənzillərinin sayı 1.945 milyon ədəddir.

İqtisadçı Rövşən Ağayev deyir ki, bu rəqəm qazlaşdırılmış mənzillərin statistikası ilə bağlı açıqlanan məlumatla üst-üstə düşmür.

“Əhalinin mənzil təminatı ilə bağlı araşdırma hazırlayırıq, bu sahədə Dövlət Statistika Komitəsinin yaydığı iki fərqli rəqəm çıxır qarşımıza. Ölkədə qazlaşdırılmış bütün mənzillərin sayı 2.172 milyondur. Nəzərə alsaq ki, hökumət qazlaşdırmanın 90 faiz ətrafında olduğunu deyir, deməli, qaz təsərrüfatlarının hesab-kitabına görə ölkədə ümumi mənzillərin sayı 2.4 milyon ədədə yaxındır. Bir sözlə, Statistika Komitəsinin mənzil sayı ilə qaz təsərrüfatlarının mənzil sayı arasında fərq nə az, nə çox – 500 minə yaxındır”.

İqtisadçı bildirir ki, bəlkə hesablamada hansısa metodoloji fərq var, Dövlət Statistika Komitəsi hansısa mənzilləri (məsələn, güzəştli əhali katerqoriyası üçün tikilən) bura daxil etmir:

“Ya bəlkə Statkom yalnız rəsmi qeydiyyatı olan mənzillər barədə məlumat verir? Amma iş orasındadır ki, bu qurumun təmsilçisi ilə telefonla əlaqə saxladım və o bildirdi ki, Komitənin təqdim etdiyi sayda qeydiyyatsız mənzillər də nəzərə alınıb. Amma nə qədər qeydiyyatsızdı, onu deməkdən imtina elədilər”.

Rövşən Ağayev deyir ki, istənilən halda mənzil sektoru ilə bağlı Dövlət Statistika Komitəsinin hesabatlılığı xeyli dəyişdirilməlidir:

“Qeydiyyatlı və qeydiyyatsız mənzillərin sayı, güzəştli kateqoriya üçün dövlət mülkiyyətində saxlanılmaqla tilkilən mənzillərin sayı barədə aydın məlumatlar olmalı, kommunal təsərrüfatların bazasındakı mənzil sayı ilə Komitənin mənzil sayı arasındakı fərqlərin səbəbləri görünməlidir”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az