[:az]Gündəlik Bakı” qəzetinin redaktoru Qabil Hüseynov 4 il azadlıqdan məhrum edilib[:]

tərəfindən Gozetci

[:az]Mayın 8-də Ağır Cinayətlər Məhkəməsində “Gündəlik Bakı” qəzetinin redaktoru Qabil Hüseynovun barəsində hökm oxunub.

Məhkəmə onu təqsirli bilərək 4 il azadlıqdan məhrum edib. Prokuror redaktorun 7,5 il müddətinə həbs olunmasını istəyib.

“Gündəlik Bakı” qəzetinin redaktoru Qabil Hüseynov 2016-cı ilin dekabrında hədə yolu ilə pul tələb etməkdə, səlahiyyəti olmadan əməliyyat-axtarış fəaliyyəti göstərməkdə şübhəli bilinərək həbs edilib.

Qeyd edək ki, Mətbuat Şurası “Gündəlik Bakı” qəzetini qanunvericiliyi pozaraq reketçiliklə məşğul olan nəşrlərin siyahısına daxil edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az