[:az]Sabirabadda traktor aşdı, 6 qadın öldü[:]

tərəfindən Gozetci

[:az]Qadınların pambıq tarlasına işləməyə getdiyi bildirilir

Mayın 7-də səhər saatlarında Sabirabadda yol-qəza hadisəsi baş verib. Traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfər ölüb.

Ölənlərin hamısı qadındır. Ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.

Onların suda boğularaq öldüyü bildirilir.

APA-nın məlumatına görə, Şəhriyar qəsəbə sakini Əjdər İmanov traktorla ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az