[:az]Əfqan Muxtarlı Şüvəlana gətirilib[:]

tərəfindən Gozetci

[:az]Həbsdəki jurnalist Əfqan Muxtarlının Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına “etap” edildiyi bildirilir.

NİDA hərəkatından Samir Əsədli Turan-a məlumat verib.

Onun bildirməsinə görə, məhkəməsi başa çatmış jurnalist bir neçə gün həmin təcridxanada saxlanılacaq.

Ə.Muxtarlının Şüvəlandan cəzaçəkmə müəssisəsinə göndəriləcəyi bildirilir.

Əfqan Muxtarlı bunadək Şəkidəki penitensiar mərkəzdə saxlanılırdı.

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-da həbs olunub. Jurnalist CM-nin 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunub. İddia olunur ki, Azərbaycan sərhədini qanunsuz keçən Ə.Muxtarlının üzərindən 10 min avro pul tapılıb.

Jurnlist isə ittihamları qəbul etmir. Gürcüstandan zorla, döyülərək Azərbaycana təhvil verildiyini vurğulayır.

Ə.Muxtarlı 2017-ci ilin yanvarında Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub.

Şəki Apellyasiya Məhkəməsi həmin hökmü dəyiməyib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Əfqan Muxtarlının işi ilə bağlı Gürcüstanda da istintaq aparıldığı açıqlanıb.

Ancaq ölkənin hüquq-mühafizə orqanları jurnalistin döyülərək Azərbaycana təhvil verilməsi ilə bağlı iddiaları qəbul etmirlər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az