[:az]Mayın 28-də Bakının mərkəzində yürüşdən sonra artıq 4 REAL fəalı inzibati qaydada həbs edilib[:]

tərəfindən Gozetci

[:az]REAL Partiyasının fəalı Ərəstun Baxşəliyev inzibati qaydada 30 günlük həbs olunub. O, polisə tabe olmamaqda ittiham olunub. Bu barədə Turan-a REAL-ın məclis üzvü Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, mayın 31-də daha 7 fəal polis şöbələrinə çağırılıb.

Mayın 28-də Bakının mərkəzində yürüşdən sonra artıq 4 REAL fəalı inzibati qaydada həbs edilib. -0-

* * *

Nizami rayon Məhkəməsi REAL Partiyasının fəalı Nəriman Mücahid İsmayılı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) 30 sutka inzibati həbsə məhkum edib. Bu barədə “Amerikanın Səsi”nə REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.

Bununla da REAL Partiyasının tərəfdarlarının mayın 28-də Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirdikləri bayram nümayişindən sonra 3 fəalı həbs edilib.

Cəfərlinin sözlərinə görə, hazırda Yasamal rayon Məhkəməsində REAL Partiyasının daha bir fəalı (4-cü fəalı) Ərəstun Baxşəliyevin eyni ittihamla işinə baxılır.

“Bunlardan əlavə, REAL-ın daha 4 fəalı sahə müvəkkiləri tərəfindən polisə dəvət edilib”, deyə o qeyd edib. -03B-

* * *

REAL fəallarına qarşı həbs dalğası başlayıb

Mayın 30-da REAL Partiyasının fəalı Elmir Həmzə məhkəmənin qərarı ilə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 25 sutka həbsə məhkum edilib. Bu barədə Turan-a REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.

Partiyanın daha bir fəalı Ərəstun Baxşəliyev hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb. Pattiyanın daha iki fəalı da polisə çağırılıb.

REAL Partiyasının Məclis üzvü Azər Qasımlı mayın 29-da polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Yasamal Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs edilib.

Fəalların həbsi REAL Partiyası fəallarının mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı istiqlaliyyət küçəsindəki abidənin önündə nümayiş keçirdikdən sonraya təsadüf edir.
Turan

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az