[:az]Saleh Rüstəmov və Vidadi Rüstəmli MCMBİ-dədirlər, sağdırlar[:]

tərəfindən Gozetci

[:az]Azərbaycanda həbs edilmiş Rusiya vətəndaş Saleh Rüstəmovun və qardaşı oğlu Vidadi Rüstəmlinin taleyi son günlərin əsas xəbərinə çevrilib.

Dünən siyasi mühacir olan jurnalist Qənimət Zahid bildirib ki, onda olan məlumata görə, Saleh Rüstəmov DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində işgəncələr nəticəsində dünyasını dəyişib və hakimiyyət onun ölümünü gizlədir.

Bu xəbər böyük rezonans doğurub və bir müddət sonra DİN Saleh Rüstəmovun sağ-salamat olduğu, qardaşının, Qırmızı Xaç Komitəsi nümayəndələrinin ona baş çəkdiyi və guya bu gün hüquq müdafiəçilərinin də onun yanına buraxılacağı haqqında məlumatlar sızdırmağa başlayıb. Amma bu, heç kimi inandırmayıb.

Bu gün səhər Turan-a özünü Vidadinin atası Valeh Rüstəmli kimi təqdim edən bir şəxs zəng edib və Salehin və Vidadinin yanında olduğunu, onların sağ-salamat olduğunu bildirib və işgəncələr haqqında məlumat dərc etməməyi xahiş edib.

Jurnalistin zəng edən şəxsin harada olduğu haqqında sualına o, cavab verə bilməyib. Bu zaman agentlik əməkdaşı dəstəyi Salehə verməyi xahiş edib, zəng edən şəxs kiməsə Salehin danışmasına icazə vermək xahişi ilə müraciət edib. Bir neçə saniyə sonra özünü Saleh adlandıran şəxs dəstəyi götürüb, sağ olduğunu və işgəncələrə məruz qalmadığını bildirib. O, həmçinin harada olduğunu və nədə təqsirləndirildiyini bildirib.

Yarım saat sonra vəkil Telman Nağdəliyev zəng edərək, o da heç bir işgəncə olmadığını, dünən Salehə baş çəkdiyini bildirib.

Vəkil “istintaq sirrinə” istinad edərək, Saleh Rüstəmovun nədə ittham olunduğu və cinayət işinin hansı maddə ilə açıldığı haqqında suala cavab verməyib.

Vəziyyətə Rüstəmovun mətbuatla əlaqə saxlayan qardaşı Taleh aydınlıq gətirib, o, Valehin MCMBİ-də məhbusların yanına buraxıldığını, onların sağ-salamat olduğunu təsdiq edib.

Xatırladaq ki, Saleh Rüstəmov mayın 8-də böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Mayın 10-da elə həmin ittihamla onun qardaşı oğlu Vidadi də həbs olunub.

S.Rüstəmov 1992-93-cü illərdə Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəy rayonunun icra başçısı olub. Müxalifətçilərin təxmininə görə, S.Rüstəmov guya müxalifəti maliyyələşdirməsi haqqında ifadə alınması məqsədilə işgəncəyə məruz qoyula bilərdi.
Turan

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az