[:az]Gözəl Bayramlı təcridxanada təzyiqlərə məruz qaldığını bildirib[:]

tərəfindən Gozetci

[:az]AXCP sədrinin müavini Gözəl Bayramlı 1 saylı Kürdəxanı təcridxanasında təzyiqlərə məruz qalıb. Bu barədə onun yaxınları bildiriblər.

Aprelin 28-də G.Bayramlı Gəncə təcridxanasından Kürdəxanıdakı 1 saylı təcridxanaya gətirilib. Orada ondan əfv xahişilə müraciət yazmasını tələb ediblər. O, bundan imtina etdikdən sonra onu soyuq otaqda yerləşdiriblər və 10 saat ac-susuz saxlayıblar. Sonra qadın koloniyasına köçürüblər.

G. Bayramlı ruhdan düşmədiyini, heç bir təzyiqin onu yolundan döndərə bilməyəcəyini söyləyib.

Penitensiar Xidmətin ictmaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov G.Bayramlıya təzyiqlərin olması barədə məlumatı təkzib edərək “əsassız” adlandırıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az