[:az]Məhkəmə vəkilin Baş Prokurorluğa qarşı şikayətinə baxmaqdan imtina etdi[:]

tərəfindən Gozetci

[:az]1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəkil Yalçın İmanovun Baş Prokurorluğa qarşı iddiasına baxmaqdan imtina edib. Aprelin 27-də həmin məhkəmədə hakim Miminat Hacıbəyova belə qərar verib.

Məhkəmədə Baş Prokurorluğun nümayəndəsi iştirak etməyib.

Vəkil Yalçın İmanov bildirib ki, iddia qanunvericiliyin tələblərinə uyğun hazırlanıb: “Baş Prokurorluq inzibati orqan hesab olunur. Onun hərəkətindən və ya hərəkətsizliyindən verilən şikayətə də inzibati-iqtisadi məhkəmədə baxılmalıdır”.

Lakin hakim bir neçə dəqiqə sonra iddianın icraata götürülməsinin mümkünsüz olması haqda qərardadı elan edib.

Yalçın İmanov AzadlıqRadiosu-na bildirib ki, qərardaddan apellyasiya şikayəti verəcək: “Bu qərardadın əsaslandırması mənə aydın deyil”.

Yalçın İmanov hüquqlarını müdafiə etdiyi şəxslərə işgəncə verilməsi haqda prokurorluğa göndərdiyi müraciətə 10 ay ərzində cavab ala bilməməsi, çıxarılan qərarların ona verilməməsini əsas gətirərək, Baş Prokurorluğu məhkəməyə verib.

 53  0

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az