[:az]’Hökumət Avropa Məhkəməsinin qərarını icra etmir'[:]

tərəfindən Gozetci

[:az]Nemət Kərimli: ”İlkin Rüstəmzadəyə ödənməli olan 6 min avroluq təzminat verilmir”

“Hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin NİDA fəalı İlkin Rüstəmzadə barədə verdiyi qərarını icra etmir”.

Bu barədə “Turan”-a İlkin Rüstəmzadənin vəkili Nemət Kərimli məlumat verib.

Bildirirb ki, qərarın yerinə yetirilməsinin və 5 ildir həbsxanada olan ərizəçiyə kompensasiya ödənilməsinin son tarixi hələ 2017-ci ilin dekabrında başa çatıb:

“Ancaq kompensasiya ödənməyib. Bununla əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə şikayət yazdım”.

İyulun 20-də AİHM Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Müdafiə tərəfi Rüstəmzadənin cinayət təqibi ilə bağlı da şikayət verib. Hələlik AİHM-də həmin şikayətə baxılmayıb.

İlkin Rüstəmzadə 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb – istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fləşmobunu və onun “YouTube”-da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.

2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Apelyasiya Məhkəməsi 16 dekabr 2014-cü il tarixinə qədər təxirə salınıb. Onunla birlikdə həbs edilən 7 nəfər çoxdan azad edilib.

İ. Rüstəmzadənin həbsindən sonra valideynlərinin səhhətində problemlər yaranıb. Onların ixtisaslı tibbi yardıma ehtiyacı var. Amma ailənin bunu qarşılamağa maddi imkanı çatmır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az