[:az]Vəkil: Əziz Orucovun ürəyində ağrılar yaranıb, hərarəti düşmür[:]

tərəfindən Gozetci

[:az]Vəkil Cavad Cavadlı aprelin 3-də Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Kanal13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovla görüşüb. Bu barədə məlumat yayan C.Cavadlı bildirib ki, Əziz Orucovun səhhətində ciddi problemlər var: “Əvvəlki görüşlərdən fərqli olaraq Əzizi yaxşı durumda görmədim. Ürəyində ağrılar yaranıb, kəskin öskürəyi var və hərarəti düşmür. Deməsinə görə, hərəkət etməkdə çətinlik çəkir. Müalicə alsa da, səhhətində yaxşılaşma hiss olunmur. Səhhətində olan problemlər xarici görünüşünə baxanda da hiss olunurdu”.

Ötən həftə Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova da bu barədə məlumat vermişdi.

Əziz Orucov 2017-ci il mayın 2-də həbs olunub. Ona əvvəlcə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilsə də, azadlığa çıxmalı olduğu gün barəsində cinayət işi başlanıb və həbs-qətimkan tədbiri seçilib. Jurnalist “Qafqaz Media Araşdırmalar Mərkəzi” adlı təşkilatın fəaliyyətinə görə CM-nin 192 (qanunsuz sahibkarlıq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq, 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov isə günahsız olduğunu, həmin təşkilata aidiyyatı olmadığını bildirir.

“Kanal 13” internet televiziyası 2008-ci ildən fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az